200 özbəkistanlı uşaq və qadın Suriyadan qayıtmağı gözləyir

200 özbəkistanlı uşaq və qadın Suriyadan qayıtmağı gözləyir

UNİCEF-in Özbəkistandakı ofisinin keçmiş rəhbəri Munir Məmmədzadə Qazeta.uz-a müsahibəsində Suriyada düşərgələrdə olan iki yüzə yaxın özbəkistanlı uşaq və qadının vətənlərinə qayıtmağı gözlədiyini bildirib.

Məmmədzadə bildirib ki, UNİCEF Özbəkistan hökumətinin Suriyada silahlıların sıralarında döyüşən özbək kişilərin qadın və uşaqlarını mövcud vəziyyətin qurbanı kimi tanımasını alqışlayır.

SİA-nın əldə etdiyi məlumata görə, Özbəkistandakı işini başa vuran UNİCEF rəhbəri əlavə edib ki, Suriya düşərgələrində hələ də Özbəkistan vətəndaşları var.

...Yüksək vəzifəli şəxslərlə vida görüşlərim zamanı onlardan xahiş etdim ki, bu işə son qoysunlar. Yəni yerdə qalan qadın və uşaqları ölkəyə qaytarsınlar. Çünki beş kampaniya aparılıb və Allah qoysa, altıncı uğurlu kampaniya ilə bu işi başa çatdıra bilərik.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə