Prezident Cozef Baydenin seçki reytinqinə təsir göstərməməsi üçün, ABŞ rəsmiləri bağlı qapılar arxasında İsraili Qəzza zolağındakı əməliyyatı sürətləndirməyə inandırır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici Kəşfiyyat Xidməti xəbər verir.
ABŞ Dövlət Departamentinin və Pentaqonun nümayəndələri Yaxın Şərqdə sülhün tezliklə başlanması istəklərini bəyan edirlər, lakin “qapalı qapılar arxasında amerikalılar İsrail rəhbərliyi ilə tamamilə fərqli söhbətlər aparırlar”.
“Hakimiyyət İsraili əməliyyatın ləngiməsinin qarşısını almaq üçün onu sürətləndirməyə təşviq edir, çünki bu, Cozef Baydenin seçki mövqelərinə mənfi təsir göstərəcək”.
Verilən məlumata görə, ABŞ bu işdə Böyük Britaniya və Almaniya tərəfindən dəstəklənir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB