Fələstinin HƏMAS radikal qruplaşması ilə müharibə İsrail iqtisadiyyatına gündə 260 milyon dollara başa gəlir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg öz hesablamalarına istinadən xəbər verir.
Ekspertlərin fikrincə, Fələstin yaraqlıları ilə münaqişənin nəticələri İsrail iqtisadiyyatı üçün ilkin olaraq gözlənildiyindən “daha bahalı” olub.
Bu hal Yaxın Şərq ölkəsinin 2024-cü il büdcəsinin qəbulunu xeyli çətinləşdirə bilər.
Yaxın vaxtlarda maliyyə naziri Bezalel Smotriç ölkənin 2023-cü və 2024-cü illərin qalan hissəsi üçün büdcə layihəsini səlahiyyətli orqanlar tərəfindən yekun təsdiq üçün təqdim etməli olacaq. İsrailin baş naziri Benyamin Netanyahunun kabineti ultra-pravoslav məktəblərə ödənişləri saxlamaq istəyir. Müvafiq maddə artıq yerli parlamentin beş partiyası üçün nəzərdə tutulan “koalisiya fondları” adlanan ixtiyari xərclərə daxil edilib.
Agentliyin məlumatına görə, Netanyahu oktyabrda büdcə kəsirinin 2022-ci ilə nisbətən yeddi dəfədən çox artmasına baxmayaraq, hökumət xərclərinin yekun layihəsində “mübahisəli” subsidiyaların saxlanmasında israrlıdır. Ötən ilin may ayında təsdiqlənmiş dövlət transfertlərinin ümumi məbləği 14 milyard şekeldir (3,6 milyard dollar). Onların bəzilərinin yerli dini məktəblərə və İordan çayının qərb sahilində yerləşən yəhudi məskənlərinin inkişafı üçün ayrılması planlaşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB