Fransalı nazir ermənilər üçün dilənir...

Fransa Xarici İşlər Nazirliyi: Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondu vasitəsilə dəstək verə bilər
Fransalı nazir ermənilər üçün dilənir...

Fransanın xarici işlər naziri Ketrin Kolonna, bazar ertəsi Brüsseldə xarici işlər nazirləri səviyyəsində toplaşacaq Avropa İttifaqı Şurasının Ermənistana, o cümlədən Avropa Sülh Fondu vasitəsilə qəti dəstəyini bəyan edəcəyini gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İnterfaks xəbər verir.

“...Bugünkü Xarici Əlaqələr Şurasının Ermənistanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə təsdiqləməsi vacibdir. Və Avropa Sülh Fondu vasitəsilə dəstək. Düşünürəm ki, şuramızın bu gün aydın və qəti şəkildə verəcəyi belə bir siqnal vaxtında olardı” - deyə o, jurnalistlərə bildirib.

...Həftələrdir bu barədə danışsaq da indi bunu etmək vaxtıdır.

Bunu deyən fransız nazir həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının həm mandatı, həm də sərəncamında olan vasitələr baxımından gücləndirilməsinin zəruriliyini qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə