ABŞ prezidenti Cozef Baydenin nəvəsinin evinin yaxınlığında növbətçi olan Məxfi Xidmət əməkdaşları avtomobil oğrularına atəş açıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABC News xəbər verir.
Qeyd olunur ki, Məxfi Xidmət agentləri Vaşinqtonun Corctaun məhəlləsində Naomi Baydenin evinin yaxınlığında avtomobilə girməyə cəhd edən üç avtomobil oğrusunu görüblər. Yaxalanma cəhdi zamanı agentlərdən biri quldurlara atəş açıb.
“...Məxfi Xidmət agentləri, içərisində heç kimin olmadığı iddia edilən üç nəfərin park edilmiş dövlət avtomobilinin şüşəsini sındırdığını müşahidə etdilər. Qarşıdurma zamanı federal agent xidməti silahı ilə atəş açıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb”.
Buna baxmayaraq, quldurlar cinayət yerindən qaça biliblər. Bundan əlavə, Məxfi Xidmət əməkdaşlarının dəqiq kimləri qoruduğunu dəqiqləşdirməyib.
Amerika departamenti Məxfi Xidmət agentlərinin xəsarət almadıqlarını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB