Türkiyə Qəzzaya yardım əlini uzatmağa davam edir

Türkiyə Qəzzaya yardım əlini uzatmağa davam edir

İzmir şəhərindən Qəzzaya doğru yola çıxan yardım gəmisi Misirin Əl Ariş limanına çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, gəmidə əməliyyat otaqları və reanimasiya şöbələri ilə hər cür iqlim şəraitinə davamlı tam təchizatlı ağır iqlim sahə xəstəxanaları var.

Bu xəstəxanalar üçün tam təchiz olunmuş şişmə sahə xəstəxanaları və tibbi dərman və istehlak materialları da göndərilib.

Göndərilən yardım materialları arasında 20 tam təchiz olunmuş təcili yardım maşını və generator da var.

Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında Misirdəki limana gələn gəminin görüntüsünü paylaşıb.

Nazir Koca bildirib ki, yardım Misirlə birgə koordinasiya yolu ilə Qəzza xalqına çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə