Əgər bunun qarşısı alınmasa...

Hə, deyəsən, bu artıq rusların ciddi etirafına bənzəyir axı...
Əgər bunun qarşısı alınmasa...

...Prezident Administrasiyası 2024-cü il prezident seçkiləri üçün ssenariləri müzakirə edərkən, Ramzan Kadırov öz suveren “xanlığını” yenidən qurmağa davam edir. Belə ki, bu dəfə o, Qroznıda şəhərin görkəmini korlayan narahat torpaq sahələrini sahiblərindən almağa çağırıb.

Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.

Rus saytlarının yazdığına görə, Ramzan, “səliqəsizliyin” nə demək olduğunu hələ ki, izah etməyib.

Maraqlıdır ki, rus saytları rişxəndlə bunu Ramzanın tezliklə 15 yaşlı oğlu Adəmə həvalə edəcəyini, bunun tərifini bir az sonra məhz onun verəcəyini yazırlar.

O da maraqlıdır ki, yenə rus saytları bu templə Kadırovun tezliklə ölkədə ölüm cəzasını qanuniləşdirəcəyini də istisna etmirlər.

Əgər Federal Təhsil Naziri Kravtsov Moskvadan onun yanına gələrək ehtiramını bildirirsə və onun əmri ilə yenidən yazılmış “suveren milli tarix” paraqrafını ucadan oxuyursa, onda ümumiyyətlə utanmaq nəyə lazımdır?

...Mərkəz zəifləyir!

Bu da rusları etirafıdır.

Bölgələr bəlaya düçar olurlar. Yenə də rus saytlarının yazdığına görə, əgər bunun qarşısı alınmasa, başqaları da mütləq onlardan, yəni Ramzandan nümunə götürməyə çalışacaq.

Yenə də maraqlıdır, Kreml buna necə reaksiya verəcək? Təbii ki, heç bir şəkildə. O, başını quma gömməyə və heç nə olmamış kimi davranmağa davam edəcək. Mənlik deyil, ruslar özləri belə yazıblar...

Hə, deyəsən, bu artıq rusların ciddi etirafına bənzəyir axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə