Rusiya alimlərin ölkədən getməsinin qarşısını ala bilib

Rusiya alimlərin ölkədən getməsinin qarşısını ala bilib

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, alimlərimizin kütləvi şəkildə ölkədən getməsinin qarşısını ala bilmişik.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

...Çətin kontekstə baxmayaraq, Rusiyadan aparıcı alimlərin, o cümlədən tədqiqat qruplarına rəhbərlik edənlərin kütləvi axınının qarşısını almaq mümkün olub.

Bunu deyən Medvedevin fikrincə, bu sahəyə ciddi nəzarət edilməli və lazım gəldikdə operativ qərarlar qəbul edilməlidir.

Qeyd edək ki, bu gün Rusiya hökuməti fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün sertifikatlaşdırma sistemini sadələşdirib. (...deyim ki, Qərb ölkələrində fəlsəfə kimi elmlərə heç bir önəm-filan verilmir-A.B.)

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin kosmik sənayenin gənc alim və mütəxəssisləri ilə görüşü zamanı hakimiyyətin kosmik sektorda maaşları artıracağını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə