Şaman paltarı geyinərək Kapitoliyə hücumda iştirak edən amerikalı Ceykob Çansli ABŞ Konqresinə namizəd olmaq niyyətindədir. SİA bu barədə Associated Press-ə istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, Cansli gələn il Arizona ştatının 8-ci Konqres Dairəsində Libertar olaraq namizəd olmaq istədiyini bildirən ərizə verib. Konqresin həmin ərazidən olan hazırkı üzvü Debbi Lesko artıq yeni müddətə yenidən seçilmək niyyətindən əl çəkib.
Qeyd edək ki, 6 yanvar 2021-ci ildə ABŞ Senatının və Nümayəndələr Palatasının üzvləri Co Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün Kapitoliyə toplaşıblar. Donald Trampın tərəfdarları binaya soxularaq səsverməni pozub və polislə toqquşub. Cansli üzünə döyüş boyası sürərək və yarıçılpaq halda Kapitoliyə hücumda iştirak etməklə məşhurlaşıb. Başında buynuzlu xəz papaq, əlində isə Amerika bayrağı olan pankart var idi. 2021-ci ilin noyabrında Cansli üç il beş ay həbs cəzasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB