Rusiya vətəndaşlarının bir qrupu Qəzzadan təxliyyə olunub

Rusiya vətəndaşlarının bir qrupu Qəzzadan təxliyyə olunub

Qəzza zolağından təxliyə edilmiş 70 rusiyalıdan ibarət ilk qrup Rusiya Fövqəladə Hallar Nazirliyinin Qahirədəki operativ qərargahına gətirilib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, təxliyyə olunanları Qahirədə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri qarşılayıblar.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Martınov təxliyyə edilmiş vətəndaşların bir qrupunun noyabrın 13-də səhər saatlarında Moskvaya yola düşəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə