Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə bağlı proqnozunu verib.
SİA-nın əldə etdiyi məlumata görə, Fransanın LCI televiziya kanalına verdiyi müsahibədə o, hər şeyin “danışıqlarla bitəcəyini” söyləyib.
Beləliklə, onun dediyinə görə, bu danışıqlar nəticəsində Gürcüstan, Ukrayna və Moldova öz ərazilərini əldə edəcək, Rusiya Federasiyası isə öz sərhədlərinə qayıdacaq.
Qeyd edək ki, Zurabişvili Rusiya prezidenti Vladimir Putinin mümkün mühakiməsi barədə də danışıb.
“Məndən soruşsanız ki, mən bunun real olduğunu düşünürəm, yox. Çünki biz bunun baş vermədiyi real dünyada yaşayırıq. Biz “Alisa möcüzələr ölkəsində”ki dünyada deyilik”, - Zurabişvili əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin ibtidai istintaq kollegiyası bu ilin martında Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onu da qeyd edək ki, Roma Statutunu ratifikasiya etmiş bütün ölkələrdən əmri yerinə yetirmək tələb olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB