Pentaqon helikopterin qəzaya uğramasına aydınlıq gətirib

Pentaqon helikopterin qəzaya uğramasına aydınlıq gətirib

ABŞ Müdafiə Nazirliyi Aralıq dənizi üzərində təlim uçuşu zamanı helikopterin qəzaya uğraması və beş ABŞ hərbçisinin həlak olmasına aydınlıq gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Pentaqonun ABŞ-ın müdafiə naziri Lloyd Ostindən “Aralıq dənizində helikopter qəzası ilə bağlı” yaydığı yazılı açıqlamada deyilir.

“...Şənbə günü səhər tezdən Aralıq dənizi üzərində təlim uçuşu zamanı beş amerikalı hərbçinin faciəli şəkildə həlak olması ilə bağlı kədərlənirik. Biz bu ölümcül qəza ilə bağlı əlavə məlumat toplamağa davam edirik”

Pentaqon rəhbəri bildirib bunu.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı qəzadan sonra “hərbi təyyarələrin və ABŞ gəmilərinin cəlb olunması da daxil olmaqla, dərhal axtarış və xilasetmə əməliyyatlarına başlanıldığını” bildirmişdi.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Daha əvvəl komandanlıq bildirmişdi ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə helikopter qəzaya uğrayıb.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının bildirdiyinə görə, “uçuş yalnız təlim məqsədləri üçün həyata keçirilib, düşmənçilik hərəkətlərinə dair heç bir əlamət yoxdur”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə