...Rusiya qışa hazırlaşır. Ona görə də Ukraynada bütün diqqət müdafiəyə və işğalçılara cavab tədbirlərinə yönəlməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezident Vladimir Zelenski axşam videomüraciətində bildirib.
“...Biz noyabrın demək olar ki, yarısına çatmışıq və düşmənin bizim infrastrukturumuza pilotsuz təyyarələr və ya raket hücumlarının sayını artıra biləcəyinə hazır olmalıyıq. Rusiya qışa hazırlaşır”.
Bunu deyən Zelenski vurğulayıb ki, Ukraynada bütün diqqət mühafizəyə, terrorçulara cavab tədbirlərinə yönəlməlidir.
...Ukrayna xalqının qışdan keçməsini asanlaşdırmaq üçün edə biləcəyi hər şey edin, eləcə də əsgərlərimizin imkanlarını artırın.
Zelenski Ukrayna hava qalxanının artıq keçən ilkindən daha güclü olduğunu da xatırladıb.
“...Artıq başqa imkanlar da var, lakin təəssüf ki, hələlik bütün ərazinin tam mühafizəsi yoxdur. Biz onu daha da gücləndirmək üçün çalışırıq”, - deyə Ukrayna rəhbəri əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB