Zaxarova BOK rəhbəri ilə "cəngə" girib..?

Zaxarova BOK rəhbəri ilə "cəngə" girib..?

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və BOK-un rəhbəri Tomas Bax “virtual” müzakirəyə qoşulublar.

SİA-nın əldə etdiyi məlumata görə, sonuncu bildirib ki, idman siyasətdən kənarda ola bilməz, siyasi cəhətdən neytral olmalıdır.

Zaxarova onun açıqlamasına dərhal cavab verib. O, Baxa xatırladıb ki, idman hələ də heç bir ayrı-seçkiliyə dözmür. “...İrqi, linqvistik, dini, siyasi, dəri rənginə, cinsinə, cinsi oriyentasiyasına, fərqli fikrə, milli və ya sosial mənşəyə, mülkiyyətə sahiblik, doğuş eləcə də digər statusa görə...

BuTelegram-da yazan Zaxarova “Olimpizmin çox hissəsinin təhrif edildiyini, tapdalanıb və ya unudulduğunu da əlavə edib.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra ruslar və belaruslar beynəlxalq yarışlardan kənarlaşdırılıblar. Daha sonra BOK rusiyalı idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına “qaçqınlar komandası” kimi - neytral statusda və komitənin bayrağı altında qəbul etmək qərarına gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə