“Bizim Avropa İttifaqına daxil olmağımız böyük partlayış olacaq”

“Bizim Avropa İttifaqına daxil olmağımız böyük partlayış olacaq”

Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına daxil olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Fransanın LCI kanalına müsahibəsində bildirib.

“...Düşünürəm ki, bu, eyni vaxtda baş verəcək... Bu, necə deyərlər, yeni “böyük partlayış” olacaq... Biz üçlüyük: Moldova, Ukrayna və Gürcüstan”.

Bununla belə, o,.. amma bunun nə vaxt - 2030-cu ildə baş verəcəyini bilmədiyini də etiraf edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Zurabişvili, Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini respublika üçün “atılmış sümük”ə çevrilməli olmamasını bildirmişdi.

Zurabişvilinin ehtimalına görə,Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərdə əsas məqam 2024-cü ildə keçiriləcək. Qeyd edək ki, gələn il parlament seçkiləri olacaq.

Prezident hesab edir ki, onların nəticələrinə görə, respublika birpartiyalı idarəetmədən koalisiya idarəetməsinə keçməlidir.

Yeri gəlmişkən bundan əvvəl NATO-nun hərbi komitəsi Gürcüstana gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə