Cənubi və Şimali Qafqazda müharibə əleyhdarlarına qarşı repressiyalar
Rusiyanın cənubu və Şimali Qafqaz regionlarında Ukraynada müharibənin əleyhdarlarına qarşı repressiyalar davam edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəzi saytlar bu cür halları mütəmadi olaraq izləyir.
Beləliklə,.. Krasnodarın Sovet məhkəməsi Valeri Balaganskini 30 min rubl cərimələdi. Qətnamədə deyilir ki, həmin şəxs “Rusiya ordusunu gözdən salan ictimai hərəkətlər edib” – müharibə əleyhinə mövqe bildirib. Balaqanski polis və məhkəmə qarşısında təqsirini etiraf edib.
...Volqoqrad sakini Oleq Moiseenkoya qarşı da eyni maddə ilə protokol tərtib edilib. Onun “işinə” şəhərin “Sovetski” Məhkəməsində baxılacaq. Hansı ittihamla, hələ ki, məlum deyil.
...Volqoqradın Mərkəzi Məhkəməsi yerli sakin, birinci qrup əlil Viktor Femilidi 15 min rubl məbləğində cərimələyib. Polis və məhkəmənin məlumatına görə, o, Putinin “dublyorları” ilə bağlı videonun altına bu məzmunda şərh yazıb: “Ağır itki verən rus faşistləri cinayətlərinin məsuliyyətindən qorxaraq müharibəni davam etdirirlər. İşğal olunmuş Volqoqraddan salamlar”.
...Şimali Osetiyanın Sağ Sahil Məhkəməsi Viktor Lizunovu “diskreditasiya” işi üzrə cərimələyib. Məhkəməyə daxil olandan sonra işə bir gündə baxıldı. Qərar hələ dərc edilməyib.
...Rostov vilayətinin Aksay Rayon Məhkəməsi Mixail Qolovinə maksimum 50 min rubl cərimə kəsib. Protokolda qeyd olunur ki, hərbi komissarlıq tərəfindən əvvəllər məhkum olunmuş sakinlərin Müdafiə Nazirliyi ilə müqavilə əsasında xidmətə çağırılması və Ukraynaya müharibəyə göndərilməsi kampaniyası zamanı o, ünvanına təhqiramiz yazılar və “Ukraynaya eşq olsun!” şüarı yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB