Rusların velosipedlə Finlandiyaya girişi qadağandır!

Rusların velosipedlə Finlandiyaya girişi qadağandır!

Finlandiya Rusiyadan öz ərazisinə velosipedlə girişi qadağan edib, Sankt-Peterburqun “Fontanka” nəşri şənbə günü, noyabrın 11-də sərhədi keçməyə cəhd edən Rusiya vətəndaşlarına istinadən yazıb. “Heç yerdə yazılı təsdiq almaq mümkün deyil, amma velosipedçilər geri qaytarılır. Finlandiya sərhədçilərinə zəng etdik və onlar bunu təsdiqlədilər. Şəxsən məni bu gün geri qaytardılar”, - deyə oxuculardan biri nəşrə bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Vaalimaa” keçid məntəqəsində növbətçi olan sərhəd naryadı Rusiyanın dövlət agentliyi “RİA Novosti”-yə bildirib ki, Finlandiyanın cənub-şərqindəki bütün keçid məntəqələri noyabrın 9-dan etibarən Rusiyadan velosipedlərin ölkəyə girişi üçün bağlanıb. Agentliyin həmsöhbəti məhdudiyyətlərin nə ilə bağlı olduğunu və Finlandiyanın digər bölgələrindəki nəzarət-buraxılış məntəqələrinə şamil edilib-edilmədiyini açıqlamayıb.

Qeyd edək ki, Rusiya-Finlandiya sərhədində doqquz keçid məntəqəsi var. “Fontanka”nın məlumatına görə, “İmatra”, “Nuiamaa” və “Vaalimaa” keçid məntəqələrində velosipedlə giriş qadağandır.

Nəşr qeyd edir ki, bunlar avtomobil keçid məntəqələridir və piyada keçmək olmaz. Sərhədi keçməyin yeganə qanuni yolu avtobusdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə