Melitopolda Rusiyanın qərargahı partladılıb

Melitopolda Rusiyanın qərargahı partladılıb

Ukraynanın Baş Kəşfiyyat İdarəsi, şənbə günü, noyabrın 11-də Rusiya Milli Qvardiyasının 3 zabitinin Melitopoldakı qərargahda baş verən partlayış nəticəsində öldüklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə GUR-un saytında danışılır.

Hərbi kəşfiyyat bunu müqavimət hərəkatının həyata keçirdiyi qisas aktı adlandırır. Partlayış Dmitri Dontsov küçəsində, hərbi qərargaha çevrilmiş Yeni Poçtun binasında baş verib.

“Qərargaha hücum rusların - Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının zabitlərinin görüşü zamanı həyata keçirilib. Partlayış nəticəsində azı üç Rusiya Qvardiyasının zabiti həlak olub. Düşmənin digər itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir”.

Məlumatı Baş Kəşfiyyat İdarəsi yayıb.

Deyilənlərə görə, iclasda mühüm zabitlər olub, çünki görüşə bir saat qalmış ruslar “Melitopol AutohydroAgregate” (AGAT) müəssisəsindən keçmiş Melitopol Soyuducu Maşınqayırma Zavodu “Refma”ya gedən yolun yaxınlıqdakı hissəsində nəqliyyatın hərəkətini kəsiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə