Qonçar kitabxanasında yanğın törədilib

Qonçar kitabxanasında yanğın törədilib

Rus ordusunun gecə saatlarında Xersona hücumu nəticəsində şəhərdə minlərlə kitab fondu olan Qonçar adına rayon kitabxanasına ciddi ziyan dəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında yazıb.

“...Həmin gecə kitabxana rus ordusu tərəfindən atəşə tutuldu. Binanın içərisinə və çölünə xeyli ziyan dəyib. Sonradan yanğın başladı”.

Bunu yazan Prokudin, yanğınsöndürənlərin yanğını saat yarımdan çox vaxta söndürdüklərini bildirib.

Prokudinin sözlərinə görə, atəş nəticəsində ölən olmayıb. Dərc edilmiş fotolarda kitabxananın binasına ciddi ziyan dəydiyi, pəncərələrin sındığı, bəzi tikililərin dağıldığı görünür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə