Yakutiyada peşə bayramı günü polis əməkdaşları arasında baş verən davadan sonra “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb.
Hadisə Lensk rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşlarının noyabrın 10-da Polis Gününü qeyd etdiyi restoranların birində baş verib. Belə ki, polis kapitanı Roman Sevryuqin idarənin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Aleksey Nadtoçiyevi həmkarlarının gözü qarşısında döyüb.
Zərərçəkmiş qapalı kəllə-beyin travması alıb və komaya düşüb.
Müşahidə kamerasının görüntülərindən görünür ki, iş yoldaşları əvvəlcə rəisin döyülməsinə mane olmurlar. Deyilənlərə görə, hazırda polkovnik-leytenant reanimasiya şöbəsinə yerləşdirilib. Prokurorluğun məlumatına görə, zərərçəkmiş üçüncü dərəcəli komaya düşüb.
Roman Sevryugin saxlanılıb.
Yenə də deyilənlərə görə, Moskvadan Daxili Təhlükəsizlik Baş İdarəsi və Rusiya Daxili İşlər Nazirliyinin digər idarələrinin müfəttişləri Yakutiyaya uçublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB