Moldovada himnin rus dilinə tərcüməsini qadağan etmək istəyirlər

Moldovada himnin rus dilinə tərcüməsini qadağan etmək istəyirlər

Moldovanın təhsil naziri Dan Perçun ölkə himninin mətninin musiqi dərsliyində rus dilində çap olunmasından narazıdır. “Moldova 1” radiosu xəbər verir ki, o, bu dərsliyi çap edən nəşriyyatı yoxlatdırmaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, qalmaqal sosial şəbəkələrdə V siniflər üçün rus dilində musiqi təhsili dərsliyindən səhifə dərc edildikdən sonra başlayıb.

Belə ki, səhifədə Moldovanın dövlət himni Limba Noastranın rus dilinə tərcümə edilmiş mətni olub.

Yazının müəllifi, musiqi müəllimi Dumitru Noroc Moldovanın dövlət dilində olan dərslikdə himnin mətninin çap edilməməsinə təəccübləndiyini yazıb

Bundan sonra məsələyə təhsil naziri Perçun qarışdı. O, şöbənin naşirin "hərəkətlərinin qanuni olub-olmadığını" öyrənəcəyini söyləyib.

Perciun sözlərinə görə, “himn yalnız rumın dilində təqdim oluna bilər”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə