ABŞ HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb

ABŞ HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb

Noyabrın 10-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı Aralıq dənizinə düşüb. SİA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 10-da axşam saatlarında Amerika hərbi təyyarəsi qəzaya uğrayaraq Yerə çırpılıb”, - bəyanatda deyilir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, təlim uçuşları Aralıq dənizinin şərqində həyata keçirilib.

Komandanlıq təyyarə və ekipaj üzvləri ilə bağlı təfərrüatları açıqlamayıb. Həmçinin ölən və yaralananlar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə