İsrail ordusu HƏMAS-ın Qəzzaya nəzarətini itirdiyini açıqlayıb

İsrail ordusu HƏMAS-ın Qəzzaya nəzarətini itirdiyini açıqlayıb

“Təkcə son üç gündə təxminən 200 min Qəzza sakini şəhəri tərk edərək, zolağın cənub hissəsinə köçüb və bu, HƏMAS-ın anklavın şimal hissəsinə nəzarəti itirdiyini göstərir”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.

“HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirdiyi üçün son günlərdə çoxlu insan bölgəni (Qəzzanı) tərk edir. Təkcə son üç gündə demək olar ki, 200 min insan oranı tərk edib”, - deyə o, axşam brifinqində deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə