Almaniya Ukraynaya yardımını ikiqat artıracaq

Almaniya Ukraynaya yardımını ikiqat artıracaq

Almaniya hakimiyyəti 2024-cü ildə Ukraynaya dəstək üçün 8 milyard avro ayırmaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” qəzeti mənbəyə istinadən yazır.

Mənbə Berlinin gələn il Kiyevə 4 milyard avro göndərmək niyyətində olduğunu biuldirib.

O, əlavə edib ki, ABŞ-ın yardımının azalması fonunda yardımın həcmini iki dəfə artıraraq 8 milyard avroya çatdırmaq qərara alınıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Almaniya Müdafiə Nazirliyində yardımın ikiqat artırılması məsələsi qaldırılıb. Onun sözlərinə görə, məbləğin artırılması ilə bağlı yekun qərar gələn həftə büdcə komitəsinin iclasında veriləcək.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Almaniyanın yaxın illərdə Ukraynanı fəal şəkildə dəstəkləyəcəyini bildirmişdi. Ümumilikdə, o qeyd edib ki, 2027-ci ilə qədər Kiyevə təxminən 17 milyard avro göndəriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə