“Bu, onların qorxusu və vicdansızlığıdır...”

Ərdoğan Qərbin Qəzza zolağı ilə bağlı mövqeyindən danışıb
“Bu, onların qorxusu və vicdansızlığıdır...”

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında İsraili dəstəkləyən Qərb ölkələrinin mövqeyini qorxaqlıq və vicdansızlıq adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyə lideri bunu Ər-Riyadda ərəb və müsəlman ölkələri liderlərinin fövqəladə sammitinin açılışında deyib.

Ərdoğan qeyd edib ki, “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumdan sonra dünya liderləri Parisdə yürüş keçirib, Qəzza hadisələri zamanı “heç kim bir söz deməyib. “Bu, təkcə onların bacarıqsızlığı deyil, eyni zamanda onların qorxusu və vicdansızlığıdır”.

Ərdoğan Qərb ölkələrini Qəzza zolağında dağıntılar fonunda İsraili atəşkəsə çağırmadıqlarına görə tənqid edərək, onların mövqeyini “qorxaqlıq”, susmalarını isə “utanc verici” adlandırıb.

Türkiyə lideri həmçinin Ankaranın Qəzza zolağında böhranın həllində qarant kimi çıxış etməyə hazır olduğunu da bildirib.

Yeri gəlmişkən İƏT sammiti çərçivəsində Daşkənddə İran prezidenti İbrahim Rəisi ilə görüşündə Ərdoğan həmçinin bildirib ki, İslam dünyası vahid mövqedən çıxış etməli və İsrailə təzyiq göstərməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə