...Şənbə günü Londonun mərkəzində fələstinlilərə dəstək yürüşü keçiriləcək və yürüşdə yüz minlərlə iştirakçının iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, aksiya Britaniya tarixində ən böyük siyasi yürüşlərdən birinə çevrilə bilər,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DPA agentliyi bildirib.
Qeyd edək ki, Britaniya hökumətinin nazirləri Fələstin üçün Milli Yürüşün ləğv edilməsini istəyiblər.
Hökumət qeyd edib ki, tədbir həlak olanların anım gününə təsadüf edir - noyabrın 11-də ölkədə hər il Böyük Britaniyanın iştirak etdiyi müharibələrdə həlak olanların hamısı yad edilir.
Hazırkı yürüş Fələstinin HƏMAS radikal qruplaşmasının İsrailə qarşı oktyabr hücumundan sonra dördüncü olacaq (qeyd edək ki, HƏMAS ABŞ və Avropa İttifaqı ölkələrində terror təşkilatı kimi tanınır – A.B.).
Korteji qoruyan polis həm iştirakçıların, həm də onların əleyhdarlarının, o cümlədən sağ radikalların və veteranların aqressiyasını istisna etmir.
Ona görə də ümumilikdə iki minə yaxın polis əməkdaşı xidmətə cəlb olunub.
Məlumata görə, yürüş İsrailin hücuma cavab olaraq Qəzza zolağına havadan və qurudan hücuma keçməsindən sonra Fələstin əhalisinə dəstək nümayiş etdirmək məqsədi daşıyır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB