Səudiyyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb

Səudiyyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb

Səudiyyə Ərəbistanı Qəzzadakı hadisələri müzakirə etmək üçün keçiriləcək Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitlərinin bu gün Ər-Riyadda birgə keçiriləcəyini açıqladı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Fələstin və Səudiyyə Ərəbistanı Qəzza məsələsi ilə bağlı Ərəb Liqasının təcili sammitinin keçirilməsi ilə bağlı çağırış ediblər. Daha sonra Səudiyyə Ərəbistanı İƏT-na üzv ölkələrə oxşar iclasın keçirilməsi ilə bağlı çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə