Gürcüstan hökuməti ilə razılaşdırılmayan səfərlə Fransaya gedən Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisi ilə Pekin arasında strateji tərəfdaşlığa qarşı bəyanat verib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu hakim “Gürcü arzusu” bildirib.
Beləliklə, Fransa mediasına müsahibə verən gürcüstanlı prezident Çin prezidenti Si Cinpinin uyğurların soyqırımına görə mühakimə oluna biləcəyi ilə razılaşsa da, lakin bunun “qeyri-real” olduğunu etiraf edib.
Qeyd edək ki, Gürcüstan parlamenti sədrinin birinci müavini Georgiy Volski prezidentin bu bəyanatını “məsuliyyətsiz və Gürcüstanın maraqlarına zidd” adlandırıb.
Onu da qeyd edək ki, Volskini hakim partiyadan olan deputat həmkarı David Matikaşvili də dəstəkləyib və Zurabişvilinin “Gürcüstan və Çin arasında strateji münasibətləri riskə atdığını” deyib.
“...Ümid edirik ki, Çin tərəfi Zurabişvilinin formal prezident olduğunu başa düşür”.
Bunu David Matikaşvili bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Zurabişvili konstitusiyaya əsasən hökumətlə razılaşdırılmayan xarici səfərlərə görə impiçmentdən “yayınırdı”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB