''Bayraktar TB3'' PUA-nın növbəti uçuşu uğurla keçirildi

''Bayraktar TB3'' PUA-nın növbəti uçuşu uğurla keçirildi

''Baykar'' şirkəti tərəfindən milli imkanlarla inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı (SIHA) ''Bayraktar TB3''ün sınaq uçuşları davam edir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli silahlı PUA-nın orta hündürlükdəki sistem performansının qiymətləndirildiyi sınaq uçuşu Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində keçirilib.
Milli PUA 6 saatlıq uğurlu sınaq uçuşu nəticəsində daha bir mühüm mərhələdən keçdi.

Bütün xəbərlər Facebook səhifəmizdə