Müdafiə naziri yol qəzasında xəsarət alıb

Müdafiə naziri yol qəzasında xəsarət alıb

Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölkənin şərqində yol qəzasına düşüb və ağır yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.

Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: “O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.

Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın aparıldığı qeyd olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə