...ABŞ Əfqanıstanı tərk edəndən sonra “Taliban” narkotik qaçaqmalçılığına qalib gəldi. Bu, həqiqətən kimin Rusiyaya və digər ölkələrə heroinin ixracında maraqlı olduğunu göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.
Medvedevin sözlərinə görə, hazırkı Əfqanıstan hakimiyyətinə fərqli münasibət bəslənə bilər, lakin aşkar olanı etiraf etməyə dəyər: onlar narkotik mafiyasına qalib gələ biliblər.
Qeyd edək ki, rusiyalı səlahiyyətli bununla bağlı BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatlarını əsas gətirir.
Qeyd edək ki, BMT-nin rəsmi sənədlərinə görə, il ərzində Əfqanıstanda narkotik istehsalı 95 faiz azalıb. Bu, həm xaşxaş əkini sahələrinin azalmasına, həm də tiryəkin özünün istehsalına aiddir.
Medvedevin dediyinə görə, amerikalıların rəhbərlik etdiyi “NATO gücsüzlərinin koalisiyası” 20 illik hərbi müdaxilə zamanı belə nəticələr əldə edə bilməmişdilər.
“...Həqiqətən də Rusiyaya və digər ölkələrə heroin ixrac etməkdə maraqlı olan biri regionu tərk edəndə belə olur”.
Medvedev Telegram kanalında yazıb bunu.
...Amma Meksikada hər şey əvvəlki kimidir...
Bunu da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB