Moskva baş verənlərin təxribat olduğunu istisna etmir...

Moskva baş verənlərin təxribat olduğunu istisna etmir...

Rusiyanın Ryazan vilayətində yük qatarının 19 vaqonu relsdən çıxıb. Hadisə noyabrın 11-də saat 7.12 radələrində Rıbnoye keçid məntəqəsində baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva bunu səlahiyyətsiz şəxslərin dəmir yolu nəqliyyatının işinə müdaxiləsi nəticəsində baş verdiyini bildirib.

Hadisə nəticəsində maşinist köməkçisi yüngül xəsarət alıb, ona kömək etmək üçün həkim briqadası çağırılıb.

Rusiya Dəmir Yolları hadisənin sərnişin qatarlarının hərəkətinə təsir etməyəcəyini və ekoloji təhlükənin olmadığını vurğulayıb.

Qeyd edək ki, yerli Telegram kanallarından biri qəzadan əvvəl partlayış səsi eşidildiyini və relslərin zədələndiyini yazıb.

Maraqlıdır ki, yük qatarının konkret nəyi daşıdığı açıqlanmır. Yerli media vaqonlarda guya “gübrə” olduğunu bildirib.

Hazırda qəzanın nəticələrini aradan qaldırmaq üçün əraziyə Rıbnoye, Voskresensk və Ryazan stansiyalarından bərpa qatarları göndərilib.

Və sonda bildirək ki, Moskva baş verənlərin təxribat olduğunu da istisna etmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə