İsrailin Qəzzaya qarşı əməliyyatının qurbanlarının sayı artdıqca ABŞ-dan gələn açıqlamaların tonunun dəyişməsi diqqəti çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ dövlət katibi Blinken Qəzzada həddən artıq çox fələstinlinin öldüyünü bildirib və İsraili daha qabaqlayıcı addımlar atmağa çağırıb. HƏMAS-ın İsrailə hücumlarından sonra açıq şəkildə İsrailin yanında olan və ona dəstək verən ABŞ administrasiyasında hücumların sayı daha da artdıqca münasibət dəyişikliyi müşahidə olunur.
ABŞ dövlət katibi Antoni Blinken Hindistana son səfəri zamanı mövzu ilə bağlı verdiyi açıqlamada həddindən artıq çox fələstinli öldürüldüyünü deyib. Blinken həmçinin bildirib ki, fələstinli mülki vətəndaşlara dəyən zərərin minimuma endirilməsi üçün daha çox səy göstərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB