Bayden və Si görüşəcəklər

Ağ Ev ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinin bir ildən sonra ilk dəfə üz-üzə görüşəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşün çərşənbə günü, noyabrın 15-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcəyi açıqlanıb.

Bayden administrasiyasının yüksək vəzifəli məmurları bildirib ki, İsrail-Həmas müharibəsindən tutmuş Rusiyanın Ukraynaya təcavüzünə qədər, Şimali Koreyanın Rusiya ilə münasibətlərindən tutmuş Tayvana, Hind-Sakit okean problemi və ticarət əlaqələrinə qədər qlobal məsələlərin müzakirəsi gözlənilir. Bayden və Si 2022-ci ilin noyabrından bəri ilk dəfə görüşəcəklər. ABŞ-ın bu görüşlə iki ölkə arasında pisləşən münasibətləri yaxşılaşdırmaq üçün fürsət axtaracağı təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə