İsrailin oktyabrın 7-də Qəzza zolağına qarşı başlatdığı hücumlar genişlənməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu bölgəyə havadan, qurudan və dənizdən intensiv hücumlarını davam etdirir, xəstəxanalarda yanacağın tükənməsi humanitar böhranı daha da dərinləşdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərində İndoneziya Xəstəxanasında elektrik, su və rabitənin tamamilə kəsildiyi açıqlanıb. Nazirliyin rəsmi hesabından paylaşılan görüntülərdə xəstəxana binasının tamamilə qaranlığa qərq olduğu görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB