Ukraynalı əsirləri Rusiya üçün döyüşdürəcəklər

Ukraynalı əsirləri Rusiya üçün döyüşdürəcəklər

Ukraynalı hərbi əsirlərdən ibarət bir batalyon tezliklə cəbhəyə göndəriləcək və öz ölkəsinə qarşı döyüşəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya sədaqət andı içmiş ukraynalı hərbi əsirlərin tezliklə öz ölkələrinə qarşı müharibəyə qoşulması təklif edilib.

Ukraynalı əsir əsgərlərin Rusiya cəbhəsinə qoşulmağa məcbur olub-olmadığı bilinməsə də, batalyonun müqavilə imzaladığı bildirilib.

Müharibə Araşdırmaları İnstitutunun Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, hazırlığı başa çatan qoşunlar “Kaskad” adlı Donetsk Xalq Respublikasının tərkibində döyüşə göndəriləcək. Bu, Ukrayna əsgərlərinin Donetsk və Zaporojya vilayətlərində cəbhə xəttində döyüşəcəyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə