Türkiyədə narkotik əməliyyatları çərçivəsində 15 əyalətdə 199 şübhəlinin tutulduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlarda 58 kq kokain də daxil olmaqla ümumilikdə 4,5 ton narkotik və 64 min 800 narkotik həb ələ keçirildiyi bildirilib.
Daxili işlər naziri Əli Yerlikaya əməliyyatları həyata keçirən qəhrəman jandarm və polisləri təbrik edib: “Millətimizin dəstəyi və duaları sizinlədir. Biz heç vaxt imkan verməyəcəyik ki, narkotik alverçiləri bizim gələcəyimiz olan gənclərimizi və cəmiyyətimizi zəhərləsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB