UNİCEF-in verdiyi açıqlamada, səhiyyə sisteminin demək olar ki, tamamilə çökməsinin və bütün Qəzza zolağında, xüsusilə şimal hissədə xidmətin olmamasının uşaqların həyatına təhdid olduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Rantisi və Nəsr uşaq xəstəxanalarının çoxlu hücumlara məruz qaldığı, bu xəstəxanalarda son 24 saat ərzində reanimasiya və uşaq reanimasiya şöbələrindən başqa heç bir xidmət göstərilmədiyi deyilib.
Qəzzanın şimal bölgəsindəki digər uşaq xəstəxanalarının da yanacaq çatışmazlığı və hücumlar səbəbindən xidmətdən çıxdığı bildirilib. UNİCEF-in Yaxın Şərq və Şimali Afrika Regional direktoru Adele Hudrın açıqlamalarının yer aldığı bəyanatda Qəzzada uşaqların yaşamaq hüququnun əlindən alındığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB