Rusiyanın nüvə silahı gizli şəkildə Belarusa daşınır...

Rusiyanın nüvə silahı gizli şəkildə Belarusa daşınır...

“Belarus Dəmir Yolu İşçiləri İcması” Rusiya taktiki nüvə silahlarının komponentlərinin və hərbi yüklərin Belarusa idxalı ilə bağlı yeni faktlar açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, səlahiyyətlilər, uzun müddət olmasa da, 2023-cü ilin sentyabrında baş vermiş bu cür daşımaların müəyyən hissəsini gizlədə biliblər.

İlkin Rusiya-Belarus planlarına uyğun olaraq, taktiki nüvə silahı komponentlərinin dəmir yolu ilə idxalı iki mərhələdə həyata keçirilməli idi: 2023-cü ilin iyununda və 2023-cü ilin noyabrında.

Bu mərhələlərdə taktiki nüvə silahı komponentləri və onlara dəstək olan ümumilikdə 32 vaqonun çatdırılması nəzərdə tutulurdu. Bununla yanaşı, əlavə olaraq daha 18 müxtəlif xüsusi təyinatlı və müşayiət avtomobili planlaşdırılaraq Belarusa təhvil verilib.

Bu arada taktiki nüvə silahı komponentlərinin daşınmasının başqa variantı da məlum olub. Belə ki, yeni məlumatlar 2023-cü il sentyabrın 15-dən 24-dək olan dövrə aiddir, bu müddət ərzində Rusiya Dəmir Yollarının Çeboksarı və Potanino stansiyalarından Belarusa birbaşa taktiki nüvə silahı ilə yüklənmiş 26 vaqon daşınıb. Verilən məlumatlara görə, vaqonların təyinat stansiyası Smolensk ərazisindəki Prudok kəndidir.

Deyilənlərə görə, Prudok stansiyasının yaxınlığında raket silahları və sursatlarının saxlanması üçün 2631-ci aviasiya bazası - 94017 saylı hərbi hissə yerləşir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə