Qərb “Rusiyanın Ermənistana olan təzyiqini” aradan qaldıracaq..?

Qərb “Rusiyanın Ermənistana olan təzyiqini” aradan qaldıracaq..?

Avropa İttifaqı Rusiyanın Ermənistana qarşı etdiyi “təzyiq”i aradan qaldırmaq, ermənilərin ruslara qarşı müqavimətini artırmaq istəyir.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr xidmətinin yüksək rütbəli nümayəndəsi bildirib.

...Bizim siyasi xəttimiz İrəvanı dəstəkləmək, Rusiyanın ciddi təzyiqi altında olan Ermənistanın müqavimətini gücləndirməkdir. Bu gün bizim istədiyimiz də budur.

Avropalı rəsmi bildirib bunu.

O qeyd edib ki, hazırda əsas müzakirə mövzularından biri Ermənistanla Azərbaycan arasında sülh sazişidir.

O cümlədən, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının noyabrın 13-14-də Brüsseldə keçiriləcək iclasında ölkələrin münasibətlərini nəzərdən keçirmək niyyətindədirlər.

Rəsminin sözlərinə görə, əsas məsələlərdən biri Ermənistana dəstək və “ermənilərə mümkün qədər etimad qazandırmaqda davam etmək” üçün Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının səlahiyyətlərinin genişləndirilməsi imkanları olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə