Si Cinpin və Bayden nə danışacaq?

Si Cinpin və Bayden nə danışacaq?

Noyabrın 15-də ABŞ prezidenti Cozef Bayden və Çin lideri Si Cinpin San-Fransiskoda görüşəcək. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında rabitə kanallarının bərpası və bir sıra digər mühüm məsələləri müzakirə etmək niyyətindədirlər.

“Financial Times” məsələ ilə tanış olan insanlara istinadən yazıb ki, tərəflər Çinin Tayvan yaxınlığındakı hərbi fəaliyyəti və ABŞ-ın Çinin ən son Amerika texnologiyalarına çıxış əldə etməsinə mane olmaq cəhdləri kimi məsələlərlə bağlı artan gərginlik fonunda münasibətləri sabitləşdirmək üçün səylərini bərpa etməyə çalışırlar.

Danışıqların əsas mövzusu Çinin keçən il Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra bağladığı hərbi rabitə kanallarının bərpası perspektivi olacaq.

…Prezident ABŞ və Çin arasında mərkəzi hərbi əlaqə hesab etdiyimiz şeyi bərpa etmək üçün lazımi addımları atmağa sadiqdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu

ABŞ rəsmilərindən biri bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə