Zalujnı rusların Avdeevka yaxınlığındakı itkilərini açıqlayıb

Zalujnı rusların Avdeevka yaxınlığındakı itkilərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı noyabrın 10-da cümə günü, Donetsk vilayətinin Avdeevka bölgəsinə aktiv hücumlar zamanı Rusiya Federasiyasının 10 minə yaxın hərbçisini öldürdüklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Zalujni, bu müddət ərzində Ukrayna hərbçilərinin Avdeevka yaxınlığında düşmənin 100-dən çox tankını, 250 digər zirehli texnikasını, 50-yə yaxın artilleriya sistemini və yeddi Su-25 təyyarəsini məhv etdiyini deyib.

“...Düşmən Avdeevkaya fəal şəkildə hücum etməyə başlayandan bir ay keçir. Şiddətli döyüşlər, dözümlülük və müdafiəni qəhrəmancasına saxlamaqda davam edən müdafiəçilərimizin qələbəsi göz önündədir”.

Qeyd edək ki, bunu yazan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Avdeevkanı müdafiə edən müdafiəçilərə təşəkkür edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə