...2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz azalaraq, bir il əvvəlki 463,5 min nəfərə qarşı 352,3 min nəfər təşkil edib, İnterfaks
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rosstat məlumatlarına istinadən xəbər verir.
2023-cü ilin doqquz ayında doğulanların sayı ötən ilin yanvar-sentyabr aylarındaki 984,8 min uşaqdan 3,2 faiz azalaraq 953,2 min uşaq olub.
2023-cü ilin doqquz ayında Rusiya Federasiyasında ölənlərin sayı 9,86 faiz azalaraq 2022-ci ilin eyni dövründəki 1 milyon 448,3 min nəfərdən 1 milyon 305,5 min nəfərə enib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Rusiya Federasiyasında əhalinin təbii azalması 2021-ci illə müqayisədə 42,5 faiz azalaraq 2021-ci ildəki 1 milyon 042 min 675 nəfərə qarşı 599 616 nəfər təşkil edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB