Böyük Britaniya artıq 30 mindən çox ukraynalı əsgərə təlim keçib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Britaniyanın Müdafiə Nazirliyi xəbər verir ki, bu, İkinci Dünya Müharibəsindən sonra Britaniya torpaqlarında ən böyük hərbi təlim proqramıdır.
Qeyd olunur ki, 2014-cü ildən bəri Britaniya silahlı qüvvələrinin müxtəlif proqramları çərçivəsində 52 min ukraynalı müdafiəçi hazırlanıb.
Verilən məlumata görə, Böyük Britaniyanın hər yerində ukraynalı döyüşçülər üçün təlim kursları keçirilir. Tam kurs ən azı beş həftədir və silahlarla işləmə, döyüş meydanında ilk yardım, patrul taktikası, səngər-döyüş taktikası, silahlı münaqişələrdə döyüşçülərin hüquq eləcə də təlim sahələrini əhatə edir.
Ukrayna əsgərlərinin Britaniyada təlimlərində britaniyalı təlimatçılarla yanaşı, Kanada, Yeni Zelandiya, Norveç, Danimarka, Finlandiya, İsveç, Litva, Hollandiya, Avstraliya və Rumıniyadan olan təlimatçılar da iştirak edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB