Müxtəlif ölkələrdə Atatürkün anım mərasimləri keçirilir

Müxtəlif ölkələrdə Atatürkün anım mərasimləri keçirilir

Türkiye Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümü ilə əlaqədar mərasimlərlə anılır. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Azərbaycanın paytaxtı Bakıda Atatürk abidəsi önündə keçirilən mərasimdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları, Türkiyə qurumlarının nümayəndələri və Türkiyənin təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Mərasimdə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

Bağcı mərasimdəki çıxışında Atatürkün işğala, zülmə, mandata boyun əyməyən böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, türklərin son vətəni olan Anadolunun düşməndən azad edilməsinə və sonra cümhuriyyətin qurulmasına liderlik etdiyini söyləyib.

Ulu Öndər Mustafa Kamal Atarürkün anım tədbirləri çərçivəsində Türkiyənin Bakıdakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.

Türkiyənin Gəncədəki Baş Konsulluğunda da Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.

Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

Anım mərasimində əvvəlcə türk xalqının böyük xilaskar oğlu Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyenin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə əklil qoyub.

Dövlət qurumlarının nümayəndələri, Türkiyədən iş adamları və Türkiyənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı baş konsulluğunda davam etdirilib.

Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Türkmənistanda da mərasimlə anılıb.

Paytaxt Aşqabaddakı Atatürk parkında keçirilən mərasimdə Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral, Aşqabad bələdiyyə sədrinin müavini Bayrammurat Qurbanov, Aşqabad Türkmən-Türk məktəbinin müəllim və şagirdləri, ölkədəki Türkiye vətəndaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Bir dəqiqəlik sükutla və ki dövlətin himnlərinin səslənməsilə başlayan mərasimdə çıxış edən səfir Oral Atatürkün millətin ümidinin tükəndiyi düşünüldüyü bir dövrdə, üstün humanitar və liderlik keyfiyyətləri ilə yanaşı, zamanından daha dahi bir şəxsiyyət olduğunu, xalqımızı dirçəltməyi bacardığını bildirib.

10 Noyabr Atatürkü Anma Günü münasibətilə Türkiyənin Pekindəki səfirliyində təşkil olunan mərasimdə Çində səfir İsmayıl Hakkı Musa və xanımı, səfirlik rəsmiləri, Türkiyenin Çindəki qurumlarının nümayəndələri, Türkiye vətəndaşları və qonaqlar iştirak ediblər.

Səfir Musa mərasimdəki çıxışında Atatürkü anlamağa çalışmanın onun xatirəsini yad etmək qədər vacib olduğunu vurğulayıb.

Digər tərəfdən, Cümhuriyyətin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün mum heykəli bu gün Almaniyanın paytaxtı Berlindəki Madam Tüsso Muzeyində ziyarətçilərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə