"HƏMAS"ın oktyabrın 7-də həyata keçirdiyi hücum və ondan sonra İsrailin Qəzzaya hücumları regional fəsadlar yaratdı. İsrail bu günədək Qəzzaya hücumları ilə minlərlə dinc sakini öldürüb. Qəzzaya qarşı başladılan quru əməliyyatı və bunun nəticəsində qəzzalıların Sinaya deportasiya edilməsi layihəsi İordaniya tərəfindən ikinci dəfə müharibə səbəbi kimi göstərildi. Quru əməliyyatının başlamasına baxmayaraq, İsrailin yaşayış məntəqələrində heç bir mənalı irəliləyiş əldə edə bilməməsi və daim mülki insanları hədəfə alması hətta Qərb dünyasının paytaxtlarında da kəskin etirazlara səbəb olur. Dünya ictimai rəyi getdikcə daha çox İsrail əleyhinə mövqe tutmağa məcbur edilir. Bundan əlavə, müharibənin Suriyada necə əks olunacağı maraq doğurur.
İsrail-"HƏMAS" müharibəsinin Suriya tərəfindəki ən böyük güc Hizbullah kimi görünə bilər. Lakin Həsən Nəsrullahın son açıqlamaları belə təəssürat yaratdı ki, Hizbullah aşağı səviyyəli gərginliyi davam etdirəcək və müharibəyə qarışmayacaq. İkinci güc kimi ABŞ və şiə milisləri arasında hərbi gərginlik təsiredici fakt kimi qəbul edilə bilər. İsrail Qəzzaya qarşı quru əməliyyatına başlasa da, görünən odur ki, İran Yəməndə husiləri cəlb etməklə müharibənin fəal cəbhəsi olmaqdan uzaq duracağını göstərib. Rahatlıqla demək olar ki, İraq və Suriyada ABŞ ilə hərbi gərginlik keçmişdə də göründüyü kimi hərbi itkilərlə nəticələnməkdən uzaqdır. Bütün bu məqamlardan çıxış edərək, İsrail-"HƏMAS" müharibəsinin Suriyaya təsirlərinin məhdud ola biləcəyini iddia etmək olar.
Əslində ABŞ-ın Aralıq dənizinin şərqində güclənməsi İrana qarşı çəkindirici element kimi qiymətləndirilməlidir. ABŞ rəsmilərinin də bu istiqamətdə açıqlamalar verməsi müharibənin Qəzzada başlaması və bitməsi siyasətini ortaya qoyur. İsrail də bu yanaşmanı mənimsəmiş kimi görünür. Bununla belə, İsrail Qəzzaya tam nəzarəti ələ keçirməyi hədəfləyən bir yanaşma tətbiq edərsə, təxminən 2,3 milyon qəzzalı Sinaya köç etmək məcburiyyətində qalacaq. İordaniya bu vəziyyəti müharibə səbəbi kimi ifadə edir. Eyni şəkildə Misirin də bu məsələni qırmızı xətt kimi xarakterizə etdiyi görülür. Əsl dalan və regional müharibə təhlükəsinin burada olduğunu iddia etmək mümkündür.
Sahədəki inkişaflara baxdığımızda İsrailin Qəzzada qeydə alınacaq irəliləyiş əldə edə bilmədiyi görünür. Hələ də yaşayış yerlərindən çox yollara və yaşayış olmayan ərazilərə nəzarəti ələ keçirməyə cəhd etdiyi, həm də şimal sektorunda sahilə də çataraq müəyyən mənada Qəzzanın şimalını mühasirəyə almağa çalışdıqlarını söyləmək olar. Lakin "HƏMAS"ın tunel şəbəkələrinə görə İsrailin bölgəni tamamilə mühasirəyə alması çox çətin görünür. Oktyabrın 7-dən İsrailin irəliləyiş sürətini nəzərə alsaq, müharibənin uzun müddət davam edə biləcəyi aydındır. İsrailin bütün Qəzzaya nəzarəti ələ keçirməkdə böyük çətinlik çəkəcəyini və beynəlxalq ictimaiyyətin təzyiqinin günbəgün artacağını proqnozlaşdırmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



