Ramzan Kadırovun böyük oğlu nazir müavini təyin edilib

Ramzan Kadırovun böyük oğlu nazir müavini təyin edilib

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, noyabrın 8-də Axmatın 18 yaşı tamam olub.

Qeyd edək ki, bu təyinat haqqında ayrıca məlumat verilməsə də, lakin Ramzan Kadırov Telegram kanalında son mükafatlar, o cümlədən oğullarının mükafatları, eləcə də Axmatın yeni vəzifəsindən danışıb.

Xatırladaq ki, əvvəllər Axmat Kadırov Çeçenistan rəhbərinin köməkçisi və “Birincilər Hərəkatı” Kreml yönümlü gənclərin regional bölməsinin idarə heyətinin sədri təyin edilmişdi.

Yeri gəlmişkən Çeçenistandakı müxtəlif səviyyələrdə dövlət vəzifələrində Kadırovlar ailəsinin 100-ə yaxın qohumu - övladları, bacıları, kürəkənləri, müxtəlif dərəcəli qohumları çalışır.

Onu da qeyd edək ki, 2018-ci ildə BBC Rus Xidməti Çeçenistandakı 158 məmurdan təxminən 47-nin Kadırovla qohum olduğunu iddia edən araşdırma dərc etmişdi.

Ramzan Kadırovun ən yaxın qohumları, o cümlədən azyaşlılar da dövlət vəzifələrini və mükafatlarını alırlar. Belə ki, Çeçenistan rəhbərinin 15 yaşlı ikinci oğlu Adəm artıq Çeçenistan Qəhrəmanı ordeni, eləcə də Tatarıstanın “Duslık” ordeni, Qaraçay-Çərkəzlərə görə xidmətə görə ordeni ilə təltif edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə