İsrail ordusu bəyanat yaydı

İsrail ordusu dünən ölkənin cənubundakı Eylat şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücuma cavab olaraq Suriyada bir “təşkilat”ı vurduğunu açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, dünən İsrailin cənubunda, Qırmızı dəniz sahilində yerləşən Eylatı hədəf alan PUA-nın bir məktəbi vurduğu xatırladılıb. İsrail ordusu hücuma cavab olaraq Suriyadakı bir təşkilatın hədəf alındığını bildirib.
Bəyanatda Eylat hücumuna görə Suriya rejiminin məsuliyyət daşıdığı ifadə edilib və İsrail ordusunun bu cür cəhdlərə sərt cavab verəcəyi qeyd edilib.
İsrail ordusu və polisi dünən PUA-nın Eylat şəhərində qəzaya uğradığını bildirib. Məktəbə çırpılan PUA-nın maddi ziyana səbəb olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə