Türkiyə MN: ''Terrorçulara haqq etdikləri şəkildə müdaxilə edirik''

Türkiyə MN: ''Terrorçulara haqq etdikləri şəkildə müdaxilə edirik''

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 2 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada ''Fərat qalxanı'' əməliyyatı bölgəsində hücum törətməyə hazırlaşan 2 PKK/YPG terrorçusunun Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Açıqlamada bu ifadələrə yer verilib: "Yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına haqq etdikləri şəkildə müdaxilə edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə