Avropa Komissiyası təşkilatın rəhbəri Ursula fon der Leyenin vədlərinə baxmayaraq, müzakirələr hələ də davam etdiyi üçün Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edə bilməyəcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
...Əlbəttə, bu günə qədər təklifimizi təqdim edə biləcəyimizə ümid edirdik, amma alınmır. Müzakirələr davam edir. Ümid edirik ki, sanksiyalar paketini tezliklə təqdim edəcəyik.
Xatırladaq ki, bundan əvvəl “Politico” qəzeti 12-ci sanksiyalar paketinin hazırlanması, o cümlədən Avropa şirkətlərinin Rusiya almazlarının idxalına məhdudiyyətlər barədə məlumat yayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB